“Barselona” oyunçusunu “Valensiya”ya yolladı

14.08.2022 21:10 330
Dünya futbolu
“Barselona” Niko Qonsaleslə müqaviləni yeniləyib.

Yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Kataloniya klubu 20 yaşlı yarımmüdafiəçini “Valensiya”ya icarəyə verib.

Qeyd edək ki, Niko son mövsümdə La Liqada 27 oyuna 2 qol vurub.