"Kəpəz"də Tərlan Əhmədovla yola getməyib əvəzedici komandaya göndərilən Elvin Yunuszadənin Gəncə təmsilçisiylə müqaviləsinin müddəti başa çatıb. Görəsən, yığmamızın sabiq müdafiəçisi karyerasını harda davam etdirəcək? "Football-plus.az" saytı olaraq təcrübəli futbolçudan bu suala cavab almağa çalışdıq:
"Hazırda istirahət edirəm. İki təklifim var, danışıqlar davam edir. Biri yerli, digəri xarici klubdu. Mənimlə münasibəti yaxşı olan menecer var. O, hazırda Asiya klublarında çıxış etməyim üçün danışıqlar aparır. İstənilən halda hələ qarşıda yetərincə vaxt var. Qərar verməyə tələsməyəcəm. Hələ futbol oynamağa gücüm və eşqim də var. Müdafiəçi üçün 30 yaş o qədər də problem yaratmır"
.
ABDULLA İSMAYILOĞLU