Laymer bu mövsüm "Leypsiq"də qalacaq

31.08.2022 22:30 364
Dünya futbolu
Konrad Laymer bu mövsümdən sonra "Leypsiq"i tərk edə bilər.

Yay transfer pəncərəsinin son günlərində "Liverpul" 25 yaşlı yarımmüdafiəçini heyətinə cəlb etməyə çalışıb. Lakin bu, mümkün olmayıb.

Avstriyalının "Leypsiq"lə müqaviləsi 2023-cü ilə qədərdi. Onunla sözləşmənin uzadılması ehtimalı azdı. Futbolçu ilə "Liverpul" və "Bavariya" maraqlanır.