“İstər 1-ci, istərsə də 2-ci divizionda çıxış etmək üçün əsas meyar maddi məsələlərdi” – Klub rəsmisi

12.06.2023 21:15 323
Ölkə futbolu / Manşet
Hazırda gündəmdə olan məsələlərdən biri də Region Liqasından 1-ci və 2-ci diviziona hansı komandaların gələcəyidi.

Bu məsələrə AFFA İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcəyi gözlənilir. Görəsən, “Qobustan” bu liqada çıxış etmək istəyir. Gəlin, klubun vitse-prezidenti Taleh Gülməmmədovun fikirlərini dinləyək:

"1-ci diviziona qoşulmaq üçün rəsmi qurumlara müraciət etmişik. Yaxın günlərdə AFFA-nın baş katibi Sərxan Hacıyevlə də görüşəcəyik. İstər 1-ci, istərsə də 2-ci divizionda çıxış etmək üçün əsas meyar maddi məsələlərdi. Bu isə bütün klubları düşündürür. AFFA-nın 2-ci divizionda oynayacaq komandalara nə qədər yardım göstərəcəyini bilsəydik, işlərimizi daha da konkretləşdirərdik".


ABDULLA İSMAYILOĞLU