Yığmamız UEFA İnkişaf turnirində iştirak edəcək

25.04.2023 15:23 269
Yığma
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Oyunların təqvimi aşağıdakı kimidir:

2 may

Farer adaları - Azərbaycan
“House of Football" Stadium 13.00

4 may

Albaniya - Azərbaycan
“House of Football" Stadium 19.00

7 may

Azərbaycan - Moldova
“House of Football" Stadium 13.00

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.