Mahirin komandası Sivas səfərində

30.05.2023 13:09 272
Dünya futbolu
Bu gün Türkiyə superliqasında növbəti turun oyunları keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” səfərdə “Sivasspor”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.

Qeyd edək ki, 33 oyundan 49 xalı olan “Konyaspor” 7-ci yeri tutur. Onun rəqibi “Sivasspor” isə 34 görüşdən 37 xalla 14-cüdür.

Qeyd edək ki, qışda “Konyaspor”a keçən Emreli bu mövsüm 9 oyunda meydana çıxıb, 1 qol vurub.