Tarıverdiyev Samir Abasovun yanına niyə getməyib? - AÇIQLAMA

11.06.2023 15:21 839
Premyer-liqa / Manşet
"Sumqayıt" qapıçılarla işləyən məşqçi axtarışındadı.

Bu vəzifəyə əsas namizəd Etibar Tarıverdiyev olsa da, veteran "əlcək sahib"i "kimyaçılar"la razılığa gələ bilməyib. "Football-plus.az" saytı olaraq bunun səbəbini aydınlaşdırmaq üçün Etibar bəylə əlaqə saxladıq:

"Sumqayıt"la razılığa gələ bilməməyin yeganə səbəbi maddiyatla bağlıdı. Başqa heç bir problem yoxdu. Samir Abasovla çoxdan tanışıq, bir-birimizə hörmətimiz var, qardaş kimiyik. U-15 və U-16 yığmalarımızda da işləyirəm. Şükürlər olsun, heç nədən narazılığım yoxdu, pis-yaxşı dolanışığımız var. Gələcəkdə klublarımızdan daha yaxşı təkliflər olsa, nəzərdən keçirəcəm".


ABDULLA İSMAYILOĞLU