Samir Əliyevə Türkiyədən məlumatlar ötürülür - AÇIQLAMA

14.01.2023 18:21 462
Yığma / Manşet
Yığmamızın baş məşqçisi Canni de Byazi premyer-liqa klublarının oyunlarını izləmək üçün Türkiyədədi. U-21-in çalışdırıcısı Samir Əliyev isə gözə dəymir.

Görəsən, mütəxəssis Antalyaya niyə getməyib? "Football-plus.az" saytı olaraq bu sualı aydınlaşdırmaq üçün Əliyevlə əlaqə saxladıq:

"Mən Türkiyəyə getməmişəm. Köməkçim Emin İmaməliyev hazırda Antalyadadı və hər gün mənə lazımi məlumatları verir".

Baş məşqçi U-21 üçün yeni futbolçular gözaltı edib-etmədiklərinə də aydınlıq gətirdi:

"U-21-ə seçim imkanımız elə də geniş deyil. Odu ki, demək olar, eyni futbolçuları izləyirik".

ABDULLA İSMAYILOĞLU