"Fərq yaratmaq üçün buradayam" - Şahin Çatma

8.06.2023 14:03 186
İdman
"Artıq məni Azərbaycan vətəndaşı da hesab edə bilərsiniz. Çox danışmaq istəmirəm. Çünki nəticələrimi göstərmək istəyirəm".

"Football-plus.az" xəbər verir ki, bunu Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının yeni baş məşqçisi Şahin Çatma mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan voleybolunun daha əvvəl yaxşı nailiyyətlər əldə etdiyini söyləyib:

"Mən kiminsə yerini doldurmaq üçün gəlməmişəm. Fərq yaratmaq üçün buradayam. Birlikdə çox gözəl işlər görəcəyik".