"Yeni baş məşqçimizin işi çox çətindi, ona dəstək olmalıyıq” - Faiq Qarayev

16.05.2023 13:19 297
İdman
“Yeni baş məşqçimizin işi çox çətindi. Ona dəstək olmalıyıq”.

"Football-plus.az" xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev qadınlardan ibarət millinin baş məşqçisi postuna gətirilən Ataman Güneyligilin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

O, türkiyəli mütəxəssisə hər cür köməkliyə hazır olduqlarını bildirib:

“Ataman bəyə böyük hörmətim var. Mən də Türkiyədə bir neçə il işləmişəm. Həmişə onun arxasındayam”.

F.Qarayev əlavə edib ki, federasiya prezidenti Şahin Bağırovla birlikdə Azərbaycan voleybolu üçün ciddi işlər görəcəklər:

“Şahin müəllim çox pozitiv insandı. Bu da voleybolumuza xeyir verəcək”.


Qeyd edək ki, Ataman Güneyligillə 3 aylıq müqavilə imzalanıb.