"Football-plus.az" xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligil mətbuat konfransında deyib.
Mütəxəssis avqust-sentyabr aylarında təşkil ediləcək Avropa çempionatında yaxşı komandaların yer aldığı qrupda mübarizə aparacaqlarını söyləyib. O, eyni zamanda, gənclərin voleybola cəlb edilməsinin ön planda olacağını vurğulayıb:
“Yerli məşqçilərlə fikir mübadiləsi aparmaq üçün seminarlar təşkil olunacaq. Bunlar yay dövrü üçün nəzərdə tutulub”.
Baş məşqçi yığmadakı oyunçular barədə məlumatlı olduğunu deyib:
“20 voleybolçudan ibarət siyahı əlimizdədi. Burada dəyişiklik də ola bilər. Gənclərin cəlb olunması da nəzərdə tutulub. Yekun siyahını qarşıdakı günlərdə federasiyaya təqdim edəcəyik”.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının C qrupunda Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə mübarizə aparacaq.




