“Ferrari” yeni bolidinin təqdimatına hazırlaşır

26.12.2022 11:30 246
İdman
“Ferrari” 2023-cü il bolidi olan “Ferrari 675”i fevralın 14-də təqdim edəcək.

Football-plus.az xəbər verir ki, daha əvvəl “Aston Martin” 2023-cü il bolidinin təqdimat tarixini açıqlamışdı.

“Ferrari” isə bu komandadan bir gün sonra – fevralın 14-də yeni bolidini təqdim edəcək. Beləliklə, “qırmızılar” 2019-cu ildən sonra növbəti dəfə Sevgililər günündə bolid təqdim edəcək. Bolid təqdimatdan bir gün sonra İmolada reklam çəkilişi üçün trassa çıxarılacaq.