“Luton”: 9 ilə 4-cü diviziondan elitaya! - REPORTAJ

2.06.2023 22:11 239
Dünya futbolu / Reportaj
Mövsümü 80 xalla 3-cü yerdə bitirən “Luton” pley-offun qalibi oldu. Rob Edvardsın çalışdırdığı komanda finalda “Koventri”yə qalib gəldi.

“Football-plus.az” xəbər verir ki, “Luton” elitada sonuncu dəfə 1991/92 mövsümündə çıxış edib, son 4 mövsümü çempionşipdə keçirib. Ümumiyyətlə, heç bir komanda İngiltərənin 4-cü divizonundan elitasına “Luton”dan tez yüksələ bilməyib. Buna cəmi 9 il sərf olunub. Komanda 2014-də Liqa 2-yə, 2018-də Liqa 1-ə, 2019-da çempionşipə vəsiqə qazanıb. “Uimbldon” da 1977-86-cı illər aralığında belə uğur yaşayıb. “Luton”un yarımmüdafiəçisi Pelli Raddok-Mpanzu İngiltərə tarixinə eyni komanda ilə 4-cü diviziondan elitaya yüksələn ilk futbolçu kimi düşdü.

Xatırladaq ki, bu il çempionşipdə ilk iki yeri “Bernli” ilə “Şeffild Yunayted” tutub.

pley-off, final
Koventri – Luton 1:1, p. – 5:6