Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov “Futbol+”ə Qazaxıstan “Atırau”sunda çıxış edən Rövşən Hüseynlini heyətdə görmək istədiyini demişdi.
Onu da əlavə etmişdi ki, yaxın günlərdə onunla görüşüb bütün detalları müzakirə edəcək. Bu yöndə son durumu öyrənmək məqsədi ilə Mahmud bəylə əlaqə saxladıq:
“Bəli, Bakıda görüşümz baş tutdu. Rövşənlə söhbətdə təkliflərimi bir daha diqqətinə çatdırdım. Dedi ki, hazırda Fransa və Rusiya klublarından təklif alıb. Bununla yanaşı, hələ də çıxış etdiyi “Atırau” da onunla müqavilənin müddətini uzatmaq istəyir. Məndən daha 10 gün vaxt istədi. Bütün təklifləri dəyərləndirib son sözünü deyəcək. Onu başa düşürəm. Gənc və perspektivli futzalçıdı. Atacağı addımlar gələcəyi üçün böyük önəm daşıyır. Ən doğru qərarı verəcəyinə inanıram”.
KƏNAN BAHADIR