• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mahmud Sadıqov: “Çox güman, onlara son dəfə şans verəcəyik” - MÜSAHİBƏ

Manşet

23-05-2023, 16:0

Futzal üzrə yüksək liqada cari mövsüm başa çatdı. “Araz-Naxçıvan”ın çempion, “Neftçi” İK-in ikinci, “Baku Fire”nin üçüncü olduğu “futzal ili” maraqlı görüşlərlə yadda qaldı.

Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqovla söhbətdə həm cari, həm də növbəti mövsümə işıq salmaqla yanaşı, Çempionlar Liqasını da unutmadıq.

- Geridə qalan futzal mövsümünü necə dəyərləndirirsiz? “Araz-Naxçıvan” sanki asanlıqla Çempionlar Liqasına vəsiqə qazandı...
- Ötən mövsüm ən zəif çempionatlardan birinə şahidlik etdik. “Alyans” və “Record club” kimi komandaların iranlı üzvlərinin ölkəni tərk etməsi klubların zəifləməsinə, “Neftçi” İK, “Araz-Naxçıvan” və “Baku Fire” kimi güclü rəqiblərin böyükhesablı qələbələrinə səbəb oldu. Açığı, həmin nəticələrə sevinə bilmədik. İstərdik ki, rəqiblər daha güclü olsun. Çünki beynəlxalq qarşılaşmalarda istəmədən öyrəşdiyimiz fiziki hazırlıq səviyyəsi mənfi təsir göstərə bilər...

- Yüksək liqada mübarizə başa çatdı. Yeni mövsümün və Çempionlar Liqasında çıxışın planları cızılıb?
- Əlbəttə. Növbəti mövsümdə görüləcək işlər çoxdu. Hədəflər getdikcə böyüyür. İcraiyyə Komitəsinin üzvü kimi iclaslarda təkliflərlə çıxış edirəm. Yeni ideyalar var. Müəyyən addımlar atılacaq. AFFA İcraiyyə Komitəsinə də bu haqda məlumat verəcəyik. Çempionlar Liqasına gəlincə, səbirsizliklə iyulun 6-nı gözləyirik. Püşkatmadan sonra Çempionlar Liqasına ilkin, yoxsa əsas mərhələdən başlayacağımız bəlli olacaq. İyulun 15-dən sonra təlim-məşq toplanışlarına başlamağı planlaşdırırıq. Oyunçulara istirahət vermişik. Rəhbərliyin isə dincəlməyə vaxtı yoxdu.

- Heyətdə dəyişikliklər nəzərdə tutulur, yoxsa son çempionlara güvənəcəksiz?
- Andreu Varqas və Viktor Ponce ilə müqavilənin müddətini uzatmadıq. İkisinin də zədəsi çox ciddi idi. Müalicə üçün lazım olan yardımları etdik. Ümid edirəm ki, tezliklə sağlamlıqlarını tam bərpa edəcəklər. Hədəflər böyüdüyü üçün səhhətində problem olmayan futzalçılara ehtiyacımız var. Bu istiqamətdə işlər davam edir. 2 ay ərzində əsas heyəti komplektləşdirəcəyik. İsa Atayev, Fərid Ələkbərov, Novruz Kazıxanov, Cavad Məmmədov, Emil Kürdov, əcnəbilərdən isə Amadeu, Felipinyo, Katataun, Felipe kimi futzalçılarla müqavilənin müddətini uzatdıq. Yeni əcnəbi oyunçular da cəlb etmək istəyirik. Yerli futzalçılar da hədəfdədi.

- Yerli futzalçı demişkən, Qazaxıstan “Atırau”sunda legioner həyatı yaşayan Rövşən Hüseynlini “Araz-Naxçıvan”da görə bilərik?
- Kim istəməz ki? Mayın 15-də - final matçında qələbə qazandıqdan dərhal sonra Rövşənlə əlaqə saxlayıb onu heyətdə görmək istədiyimi dedim. “Atırau” onunla müqaviləni yeniləmək niyyətindədi. Üstəlik başqa klublardan da təkliflər aldığını bildirdi. Şərtlərimi dinlədikdən sonra 10 gün vaxt istədi. Ailəsi ilə məsləhətləşib cavab verəcək. Ötən mövsüm məşqçilər korpusunun səhv qərarları səbəbindən Çempionlar Liqasında qapıda problem yaşadıq. Bu dəfə arxayın olmaq istəyirəm. Dediyim kimi, hədəflərə çatmaq üçün daha təcrübəli futzalçılara ehtiyac var ki, Rövşən bu sahədə liderdi.

- “Futbol+”ə Xətai Bağırovla Xəzər Ağalızadənin müqaviləsinə xitam verilə biləcəyini demişdiz. Planlaşdırılan heyətdə adları çəkilmədi...
- Hər ikisi ilə ciddi müzakirələr apardıq. Müqaviləyə xitam vermək mövzusunda qərarlı idim. Üzrxahlıq edib səhvlərini başa düşdüklərini, bir daha xoşagəlməz halların yaşanmayacağını dedilər. Xəzər bacarıqlı futzalçıdı. Xətainin də “Araz-Naxçıvan”ın bu günlərə gəlməsində danılmaz əməyi var. Mayın 31-də müqavilələrinin müddəti bitir. Çox güman ki, onlara son dəfə şans verəcəyik. Sonda “Futbol+” kollektivinə futzala diqqət ayırdığına, uğurlarla yanaşı, çatışmazlıqları da ətraflı və şəffaf şəkildə işıqlandığına görə təşəkkür edirəm. Bununla yanaşı, federasiyanın prezidenti Zaur Axundova da “çox sağ ol” deyirəm ki, həmişə bu sahənin inkişafı üçün əlindən gələni, bəzən isə gəlməyəni belə etməyə çalışıb.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma

29-03-2023, 13:0

“Araz-Naxçıvan” mübarizəni dayandırdı

İdman

18-03-2023, 13:0

¼ finalçılar müəyyənləşib - Azərbaycan kuboku

İdman

10-03-2023, 15:0

1/8 final: Oyun cədvəli - Azərbaycan Kuboku

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
Daha çox
Oxunub: 201
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə