• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” 2022/23 mövsümünün qalibi oldu

İdman

1-06-2023, 15:0

Srağagün Azərbaycan Basketbol Liqasında 2022/23 mövsümünün qalibi məlum oldu.

Titula “Sabah” sahib çıxdı. Final seriyasının 5-ci dueli çərçivəsində “Sərhədçi” İdman Mərkəzində “Gəncə” ilə qarşılaşan paytaxt klubu dramatik qarşılaşmada çempionluğu əlavə vaxtda rəsmiləşdirdi - 86:85. Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (24 xal, 13 ribaund), “Gəncə”dən isə Kollin Törner (26 xal, 11 asist) oldu. Final seriyasının ən dəyərli oyunçusu (MVP) da amerikalı Patti seçildi.

“Sərhədçi”də keçirilən görüşə böyük maraq var idi. Qarşılaşmanı iqtisadiyyat naziri Mikayıl Cabbarov, “Huner Group”un rəhbəri Ehtiram Quliyev, “Sabah”ın prezidenti Maqsud Adıgözəlov, qadın voleybolçulardan ibarət yığmaın kapitanı Ayşən Abduləzimova və başqa tanınmış şəxslər izləyirdi. Həm “Sabah”, həm də “Gəncə” azarkeşləri görüşə xüsusi rəng qatdı. 4 çeyrəyin hamısında gərgin mübarizənin şahidi olduq. Qarşılaşmanın sonlarında gəncəlilər öndə olsa da, Pattinin “üçlüy”ü “bayquşlar”ı məğlubiyyətdən xilas etdi. Əlavə vaxtda isə bakılılar daha yaxşı oyun sərgiləyərək qələbə qazandı. Beləliklə, ölkəmizdə basketbol mövsümü başa çatdı. Kiçik çatışmazlıqlar olsa da, federasiya alqışalayiq iş ortaya qoya bildi. Ümid edirik ki, bu mövsüm Azərbaycan basketbolu üçün sözün əsl mənasında yeni nəfəs, inkişafın başlanğıcı olar.

Oyundan sonra Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev jurnalistlərin suallarını cavabladı. Qurum rəhbəri növbəti mövsüm liqada 10 və ya 12 komandanın olacağını istisna etmədi:

“Çox maraqlı oyun oldu. Basketbol həvəskarları matça böyük həvəslə baxdılar, zövq aldılar. Əvvəlcədən də düşünürdük ki, final 5 görüşdən ibarət olsa, basketbolun ölkədə populyarlaşması baxımından daha maraqlı alınar. Oyunda həm həyəcan, həm də dramatiklik var idi. Qalib komandanı təbrik edirəm. Ancaq fikrimcə, ən böyük qalib Azərbaycan basketbolu oldu. Növbəti mövsümlərdə daha maraqlı çempionat izləyəcəyimizə ümid edirəm”.


Əmrullayev liqada daha çox klubun iştirakını istəyir:

“Bir çox futbol klubu tərəfindən də maraq var. Bəziləri növbəti mövsümdə, bəziləri isə bir il sonra basketbol komandası formalaşdırmaq istəyir. Klubların istəyi bizim cəlb edə biləcəyimiz saydan daha çoxdu. Basketbolun coğrafiyasının genişlənməsində maraqlıyıq. Azərbaycanın digər bölgələrində də basketbolun olmasını istəyirik. İnanırıq ki, əldə olunan nailiyyətlər daha çox sponsor cəlb etməyimizə imkan verəcək. Belədə klublara dəstəyin həcmi artacaq. Klubların sayının artması legioner limitinin “4+1” olmaq ehtimalını da artır. Yerli oyunçuların sayı hələ çox deyil. Hazırda əsas hədəfimiz klubların sayını artırmaqdı".


ABF prezidenti Azərbaycan klublarının avrokuboklarda iştirakına çalışdıqlarını deyib:

“Bununla bağlı hansısa tələblər ola bilər. İndiki mərhələdə əsas problemimiz lisenziya ilə bağlı deyil. Azərbaycan uzun fasilədən sonra Avropa arenasına qayıdacaq. Bu, danışıqlarımızdan asılı olacaq. Həm biz federasiya olaraq, həm də bəzi klublar avrokuboklarda iştirak etmək niyyətindədi. Yenə də iyulun sonlarına yaxın bunu daha dəqiq biləcəyik. Bu, bizdən asılı məsələ deyil. Amma reallaşacağına inanırıq. Yeganə zəruri şərt FİBA ilə danışıqlardı. Danışıqlara hələ başlamamışıq. Amma avrokuboklarda iştirak üçün ciddi maneə də görmürük”.


Əmrullayev sonda milli komanda ilə bağlı da fikirlərini paylaşdı:

“Kişilərdən ibarət yığma C divizionunda çıxış edir. Növbəti mövsümdən ənənəvi seçmə turnirlərə qatılmağı düşünürük. İlkin təsnifat mərhələsində oynaya bilərik. Bu, FİBA ilə noyabrda aparılacaq danışıqlardan asılı olacaq. Təsnifat mərhələlərində qalib olsaq, ənənəvi turnirə qatılacağıq. Əks halda, yəqin ki, növbəti il də C divizionunda oynayacağıq. Bu dəqiqləşəndən sonra yığmanın baş məşqçisi ilə bağlı qərar verəcəyik. Hazırda müzakirə mövzusu deyil. Yerli məşqçilərin və seleksiyaçıların daimi nəzarəti var. Ayrı-ayrı milli üzvləri və namizədlərlə bağlı statistika toplanır. Yığmanın vaxtı çatanda bununla bağlı qərar statistikalara uyğun veriləcək”.


“Sabah”ın baş məşqçisi Elşən Yusubov bunları söylədi:

“Finalda iki layiqli komanda oynadı. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdı. Əvvəlki 4 oyun bərabər mübarizə şəraitində keçdi. Komanda ruhu və oyunçuların istəyi qələbə qazanmağa kömək etdi. Bu gün hesabda öndə idik, amma çətin idi. Basketbolda hər şey tez dəyişir. Qələbəni Azərbaycan basketbolunun sabahına həsr edirəm”.


Zədə üzündən “Gəncə”yə tam kömək edən bilməyən Amil Həmzəyev məğlubiyyətin səbəbini belə izah etdi:

“Doğru anlarda cərimə etmədik. “Sabah” isə 4-cü çeyrəyin sonlarında oyunun əlavə vaxta getməsi üçün hər şey etdi. Burda da şansımız oldu, çünki rəqib daha çox cərimə edirdi. Amma psixoloji üstünlük “Sabah”da idi. Onları “bağlaya” bilmədiyimiz üçün taktiki qayda pozuntularına yol verməli olduq. Təəssüf ki, uşaqlar bunu da bacarmadı. Bu gün qələbə qazanmaq istəyirdik. Yorğunluq da təsir göstərdi. Özüm də uğurlu çıxış etmədim. İynəli halda oynadım”.


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

İdman

7-11-2022, 16:0

İki oyunla yekunlaşdı

İdman

1-02-2023, 23:0

Azərbaycan Basketbol Liqasında 16-cı tura start verildi

İdman

25-04-2023, 23:0

“Gəncə”dən inamlı qələbə

İdman

7-12-2022, 22:0

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verildi

İdman

11-03-2023, 23:0

“Gəncə” öz meydanında qalib gəldi - Basketbol Liqası

İdman

21-12-2022, 22:0

Azərbaycan Basketbol Liqasında 11-ci tura start verildi

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə