Azərbaycan Basketbol Liqasında 4-cü tura yekun vurulub.
"Football-plus.az" saytının məlumatına görə, "Sərhədçi" İdman Mərkəzində baş tutan ilk görüşdə "Sabah" "Gəncə"ni 81:70 hesabı ilə məğlub edib. Ən məhsuldar basketbolçular qərb qərb təmsilçisindən Kollin Törner (23 xal, 5 asist), paytaxt klubundan isə Entoni Patti (19 xal, 12 ribaund) olub.
Turun son oyununda "Zirvə" (Astara) "Sərhədçi"yə yenilik - 79:94. Ən məhsuldar basketbolçular "Zirvə"dən Zo Tayson (26 xal, 11 ribaund), "Sərhədçi"dən isə Maykl Uinn (31 xal, 3 asist) olub.
Qeyd edək ki, 5-ci turun oyunları noyabrın 9-da, 12-də və 13-də keçiriləcək.