Dünya çempionatı: Daha bir taekvondoçumuz mübarizəyə başlayır

1.06.2023 10:31 180
İdman
Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.

"Football-plus.az" xəbər verir ki, 65 kq çəki dərəcəsində Xanoğlan Kərimov dayanq üzərinə çıxacaq.

İdmançı 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə üz-üzə gələcək.

Bu gün, həmçinin, qadın taekvondoçular 73 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq. Azərbaycanın 6 taekvondoçusu mundialı medalsız bitirib.