Dördüncü günün püşkü atıldı

31.05.2023 19:10 220
İdman
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında dördüncü günün püşkü atılıb. Püşkə əsasən mübarizəyə qoşulacaq Azərbaycan yığmasının idmançısının da ilk rəqibi dəqiqləşib.


"Football-plus.az" xəbər verir ki, 63 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Xanoğlan Kərimov debüt görüşündə Alfredo Martinslə (Portuqaliya) qarşılaşacaq. Döyüş 1/64 final mərhələsinə təsadüf edəcək.

Sabah həmçinin qadın taekvondoçular +73 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq.