"Bavariya" hücum xəttini onunla gücləndirdi

16.07.2022 23:23 367
Dünya futbolu
“Bavariya” futbolçusu Serj Qnabri ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, alman hücumçu ilə sözləşmənin müddəti 2026-cı ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qnabrinin adı “Arsenal” və “Çelsi” ilə hallanırdı.