Qvardiola Neymara niyə zəng edib?

30.05.2023 20:15 219
Dünya futbolu
Neymarın gələn mövsümə “Mançester Siti”də başlaya biləcəyi iddia edilir.


"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun PSJ-nin hücumçusunu transfer etmək istədiyi bildirilir. “Ekip” nəşrinin xəbərinə görə, MS-nin çalışdırıcısı Xosep Qvardiola braziliyalı hücumçu ilə əlaqə saxlayıb. Onların telefon vasitəsilə mümkün keçidlə bağlı müzakirələr apardıqları bildirilib. Hələ ki Neymarın hansı qərarı verəcəyi məlum deyil.

Neymarın PSJ ilə 2025-ci ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm iştirak etdiyi 29 oyunda 18 qol vurub və 17 məhsuldar ötürmə edib.