Kross "Real"la müzakirədən imtina etdi

20.06.2022 22:40 469
Dünya futbolu
"Real"ın yarımmüdafiəçisi Toni Kroos Madrid klubu ilə müqavilənin uzadılmasını müzakirə etməkdən imtina edib.

"Football-plus.az" "SER Deportivos"ə istinadən xəbər verir ki, hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq 32 yaşlı oyunçu gələn ilin necə keçəcəyini gözləməyi üstün tutub.

Nəşrin məlumatına görə, bu qərar "Real" rəhbərliyini təəccübləndirib.

Qeyd edək ki, Kroos 2014-cü ilin yayından "kral klubu"nda çıxış edir.