Daha iki taekvondoçumuz Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb

30.05.2023 12:58
İdman
Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb.

"Football-plus.az" xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenqə (Çin) uduzub.

Qadınların yarışında 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçota (ABŞ) məğlub olub.

Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib. Turnir iyunun 4-də başa çatacaq.