Qeyri-etik hərəkətə yol verən futbolçunun aqibəti necə olacaq? - AÇIQLAMA

27.05.2023 18:33 403
Aktual / Premyer-liqa
"Səbail"in futbolçusu Qoba Zakpa AFFA İntizam Komitəsi tərəfindən 3 oyun diskvalifikasiya edilib və klub 1600 manat cərimə olunub. Buna səbəb 31 yaşlı forvardın Misli premyer-liqasının 35-ci turunda “Turan Tovuz”la keçirilən görüşdə (2:2) qeyri-etik hərəkəti olub.

Bayıl təmsilçisi bu gün elitada qalmaq uğrunda "Şamaxı" ilə mübarizə aparacaq. Zakpanın meydandan kənarda qalmasını Bakı klubu üçün itki saymaq olar. Görəsən, "Səbail" tarixi matçdan öncə verilən qərarla razıdı? Bunu öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Sənəm Fərhadova ilə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri belə oldu:

"Məqsədimiz "Şamaxı"ya qalib gəlib növbəti mövsüm üçün premyer-liqada yerimizi təmin etməkdi. Bütün cəhdlər bu istiqamətə yönəlib. Rəhbərlik və baş məşqçi sözügedən matçın nəticələrinə uyğun addım atmağı planlaşdırır. Hələ ki Apellyasiya Arbitraj Tribunalına müraciət edib-etməyəcəyimiz məlum deyil".


KƏNAN BAHADIR