Qırmızı vərəqə üzrə antirekordçu oldu

28.05.2023 18:21 253
Dünya futbolu
İspaniya çempionatının 37-ci turunun açılış oyununda antirekord qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, “Sevilya” – “Real” matçının (1:2) 83-cü dəqiqəsində Markos Akunya meydandan qovulub. “Sevilya”nın müdafiəçisi cari mövsümdə bütün turnirlərdə 4-cü dəfə qırmızı vərəqə alıb. Argentinalı futbolçu bu göstəriciyə əsasən İspaniya klubunun tarixinə antirekordçu kimi düşüb.