“Lids” İngiltərə premyer-liqasının tarixinə yeni antirekordçu kimi düşüb.
"Football-plus.az" xəbər verir ki, komandanın müdafiəçisi Lyuk Eylinq bazar günü “Arsenal”la keçirilən oyunun (1:2) 27-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.
Yarımmüdafiəçilər Rafinya Dias ilə Mateuş Klix isə sarı vərəqə ilə cəzalanıblar. Nəticədə bu mövsüm yorkşirlilərin hesabındakı “sarı”ların sayı 96-ya çatıb. “Lids” bu göstəriciyə əsasən “Sanderlend”in 2014/15 mövsümündəki antirekordunu (94) yeniləyib.