MS-ni premyer-liqada antirekordçu edən fakt

26.10.2022 14:31 281
Dünya futbolu
Çempionlar Liqasının qrup mərhələsinin “Borussiya” – “Mançester Siti” oyunu qolsuz nəticələnib.

"Football-plus.az" xəbər verir ki, Dortmundda keçirilən matçda ən real qol imkanını qonaq komanda dəyərləndirə bilməyib. MS 59-cu dəqiqədə penalty vurmaq hüququ qazansa da, Riyad Mahrezin zərbəsini qapıçı Qreqor Kobel dəf edib. İngiltərə çempionu Xosep Qvardiolanın 2016-cı ildə baş məşqçi vəzifəsinə təyinatından sonra 25 penaltini boşa verib. Bu, MS-ni premyer-liqa klubları arasında antirekordçu edən faktdı.