• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“ASCO Arena”da Azərbaycan futbolu üçün tarixi gün - TƏHLİL

Premyer-liqa / Manşet

27-05-2023, 13:0

Bu gün illərdi arzuladığımız bir qarşılaşmaya şahidlik edəcəyik. Misli premyer-liqasını tərk edəcək klub bəlli olacaq. Aşağı yuvarlanmağa namizəd iki klub var: “Səbail” və “Şamaxı. Taleyin və püşkün hökmünə bax ki, bu gün 19.30-da məhz adı çəkilən kollektivlər üz-üzə gələcək.

Premyer-liqanın 3-cü dövrəsi başa çatandan sonra çempionatla bağlı təhlil yazısında bu məqamı diqqətinizə çatdırmışdıq. Qeyd etmişdik ki, elitanı tərk edəcək komandanın adına mayın 27-də aydınlıq gələcək. Gümanımız özünü doğrultdu. İndi isə oyun günüdü. Gəlin, indi də qarşılaşmada nələrin yaşanacağını xəyali olsa da, ssenariləşdirək.

“Səbail” daha rahatdı

Komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşıb. Aradakı xal fərqi də 1-ə bərabərdi. “Səbail” “Şamaxı”nı üstələyir. Bu amil oyunun ssenarisinə təsir edə bilər. Düşünmək olar ki, Şahin Diniyevin komandası bu görüşdə 1 xala da razı olacaq. Çünki məğlubiyyətdən başqa istənilən nəticə “dənizçilər”i premyer-liqada saxlayacaq. Cavid Hüseynov – Vüqar Əsgərli tandemi isə yerli futbolçularla “dənizçilər”i məğlub etmək haqda düşünməlidi. Mövsüm ərzində “şirlər” bunu artıq bir dəfə bacarıb. Cari “futbol ili”ndə komandalar üç dəfə münasibətləri aydınlaşdırıb. Bu görüşlərin 1-də “Şamaxı” qələbə qazanıbsa, 2-də “sülh” qeydə alınıb. Lakin indiki məqam və son qarşılaşma tam fərqlidi. Aradakı 1 xallıq fərq görüşün nəticəsinə təsir edəcək.

Dördlü müdafiə beşliyə qarşı

Şahin Diniyev “Səbail”in baş məşqçisi olandan sonra “dənizçilər” 4-4-2 və ya 4-5-1 taktiki sxemindən yararlanır. Bu da komandanın heyətində yer alan sürətli oyunçuların performansına müsbət təsir edir. Düşünmək olar ki, mütəxəssis bu dəfə 4-5-1 sxeminə güvənəcək. Çünki “Səbail” qapısının toxunulmazlığını qorumaqla yanaşı, rəqibi əks-hücumlarda yaxalamalıdı.

Şahin Diniyev müdafiənin güclü olması üçün iki dayaq yarımmüdafiəçisinin xidmətindən yararlanacaq. Sol və sağ cinah vingerləri komandanın əsas ümidləri olacaq. Bu sxemə əsasən təcrübəli mütəxəssisin bu heyətə güvənəcəyini təxmin etmək olar. Qapıda Emil Balayev, müdafiənin solunda Turan Manafov, mərkəzdə Adil Nağıyev, Qustavo de Fransa, sağ cinahda Cabir Əmirli qərarlaşacaq. İlkin Muradovla Emil Martinov dayaq yarımmüdafiəçisi kimi çıxış edəcək. Ağabala Ramazanov sol cinah vingeri olacaq. Matiya Lyuçiç pleymeykerlik funksiyasını yerinə yetirəcək. Sağ cinahda David Qomes vingerlik edəcək. Hücumun sivri ucunda isə Franko Mazurek yer alacaq. Bu “11-lik” həm müdafiə, həm də hücum baxımından “Səbail”in ən ideal heyətidi.

“Şamaxı” isə mövsüm ərzində 5-3-2 və ya 5-4-1 taktiki sxemlərindən istifadə edib. Bu daha çox müdafiəyəmeyilli komandaların oyun tərzidi. Lakin bu görüşdə bölgə təmsilçisinə qələbə hava-su kimi lazımdı. Düşünmək olar ki, Cavid Hüseynov - Vüqar Əsgərli cütü “Səbail”lə ölüm-qalım mübarizəsində də 5-3-2 sxeminə üstünlük verəcək. Lakin bu taktikanın hücum versiyası 3-5-2 quruluşudu. Yəni komanda müdafiə olunanda 5-3-2 sxeminə keçid edəcək. Buna əsasən “Şamaxı”nın bugünkü görüşdə belə heyətlə meydana çıxacağını söyləmək mümkündü. Qapıda Rəşad Əzizli, müdafiənin solunda Fuad Bayramov, mərkəzdə Cəlal Hüseynov, Rəhman Daşdəmirov, Rauf Hüseynli “üçlüy”ü, sağda isə Elçin Mustafayev çıxış edəcək. Dayaq yarımmüdafiəçisi kimi Emin Zamanov oynayacaq. Mərkəzdə Bahadur Həziyevlə Elvin Məmmədov hücumların qurulmasında fəal iştirak edəcək. Hücumda isə Amil Yunanovla Kamran Quliyev “Səbail”in qapısına yol tapmağa çalışacaq.

Futbolçuların fərdi keyfiyyətləri ön plana çıxacaq

Nəticə hər iki komanda üçün vacibdi. Mövsüm ərzindəki mübarizənin, əzmkarlığın üstündən bir anda xətt çəkilə bilər. Ona görə də əsas yük futbolçuların üzərinə düşür. “Səbail”in heyətində fərdi keyfiyyətlərinə görə bərabərsəviyyəli futbolçular yer alıb. Bunu komandanın qol müəlliflərinə baxaraq söyləmək olar. “Dənizçilər”in heyətində üç futbolçu mövsüm ərzində hərəyə 5 qol vurub. Bunlar Franko Mazurek, Qoba Zakpa və Ağabala Ramazanovdu. Portuqaliyalı forvardın məlum səbəbdən yoxluğu “Səbail” üçün ağır itkidi. Lakin argentinalı “Şamaxı” üçün başağrı olacaq. Çünki yarımmüdafiəçi cari mövsümdə 6 məhsuldar ötürmə ilə komandasına fayda verib. Bu səbəbdən də bölgə təmsilçisi Mazurekə xüsusi diqqət yetirməlidi.

“Şamaxı”da da performansı ilə ön plana çıxan 3 futbolçu var. Bunlar Amil Yunanov, Fuad Bayramov və Kamran Quliyevdi. Tovuzlu forvard bu mövsüm rəqib qapıçıları 7 dəfə məyus edib. Baxmayaraq ki, bu qolların yarısı penaltidən vurulub. Lakin Amilin bitiriciliyi “Şamaxı” üçün faydalı ola bilər. “Səbail” Fuad Bayramova xüsusi diqqət yetirməlidi. Gənc futbolçu cari “futbol ili”ndə 4 qol vurub, 8 məhsuldar ötürmə verib. Komandasına ən çox fayda verən fiqurdu. Fuad performansı ilə Şahin Diniyevin komandasına başağrı olacaq. Kamran Quliyev də “şirlər”in diqqəti çəkən futbolçularındandı. Forvard bu mövsüm 5 qol vurub, 2 məhsuldar ötürmə verib. Gənc hücumçu həm başla, həm də ayaqla əla oynayır. “Dənizçilər” meydanda olacağı təqdirdə ən çox Kamrana diqqət ayırmalıdı. Çünki forvardın 90 dəqiqə ərzində “Səbail”in müdafiəçilərinə problem yaradacağını düşünmək olar.

Oyunun taleyini 1 qol həll edəcək

Yuxarıda qeyd etdiyimiz kimi, oyun çox önəmlidi. Belə görüşlərdə hər iki tərəf maksimum ehtiyatlı oynamağa çalışır. Həm də “Səbail”in 1 xallıq üstünlüyü var. Bu səbəbdən də düşünmək olar ki, qarşılaşmanın taleyini 1 qol həll edəcək. Oyun başlayan kimi komandaların hücuma atılacağını da söyləmək doğru olmaz. Çünki hər iki tərəf səhvlərdən yararlanaraq qol vurmağa çalışacaq.

Əsas hakim və VAR diqqət mərkəzində olacaq

Futbol elə oyundu ki, taleyin həm özündən, həm də başqalarından asılı olur. Bu görüş də belələrindəndi. Hakim qarşılaşmanın nəticəsinə təsir edə bilər. Çünki bu matçdakı bir səhv günlərlə, hətta illərlə müzakirə olunacaq. Bu səbəbdən də həm baş hakim, həm də VAR-da əyləşənlər olduqca diqqətli olmalıdı. Hətta onların verəcəkləri qərarlar qarşılaşmadan sonra insidentin baş verməsinə səbəb ola bilər.

Azarkeşlər üçün möhtəşəm şou

Bu qədər qəlizlik və çətin proseslərdən danışmaq bəsdi. İndi də məsələyə fərqli prizmadan baxaq. Bu mövsüm premyer-liqada olduqca möhtəşəm görüşlərin şahidi olmuşuq. “Səbail” – “Şamaxı” matçı cari “futbol ili”nin major notda bitməsinə səbəb olacaq. Bu qarşılaşmaya musiqi aləti kimi baxaq. Düşünək ki, fortepianodu. Kim burda ağ və qara notlardan səlis istifadə edə bilsə, o da qələbə qazanacaq. Bu görüş ölkə futbolu üçün də faydalı olacaq. Çünki bununla da uzun aradan sonra Azərbaycan futbolunda idman prinsipi bərpa olunacaq. Yəni bu qarşılaşma hərtərəfli azarkeşlər üçün şou xarakteri daşıyır. Ümid edək ki, hər iki komandanın azarkeşləri 3200 yerlik “ASCO Arena”nı dolduracaq. Özü də stadiona giriş sərbəstdi. Bundan gözəl istirahət?!

“ASCO Arena” tarixində ikinci dəfə

Yekun olaraq, “Səbail” – “Şamaxı” matçında tarixi hadisələrə şahidlik edə bilərik. “ASCO Arena” ikinci dəfə belə gərgin mübarizəyə evsahibliyi edəcək. 2016-cı il mayın 20-də bu stadionda keçirilən “Rəvan” – “Xəzər Lənkəran” matçı da premyer-liqada qalıb-qalmamaq baxımından önəm daşıyırdı. Həmin görüş 2:2 hesabı ilə başa çatdı. Bu nəticə ilə “Xəzər Lənkəran” çempionatda sonuncu oldu. Sonradan hər iki kollektiv fəaliyyətini dayandırdı. Ümid edirik ki, həmin qarşılaşmada yaşanan hakim səhvlərinə bu oyunda rast gəlməyəcəyik. “ASCO Arena” tarixində ikinci dəfə biabırçılığa şahidlik etməyəcək. Sadəcə, güclü olan qalib gələcək.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-03-2023, 22:0

Üçüncü dövrədə zəiflər arasında ən güclü “Kəpəz”di! - TƏHLİL

Aktual / Premyer-liqa

23-05-2023, 19:0

“Şamaxı”nın “Səbail” planı

Premyer-liqa / Manşet

27-03-2023, 19:0

Aftandil Hacıyev: “Heyət baxımdan götürsək, "Səbail"lə "Sumqayıt" “Kəpəz”lə “Şamaxı”dan üstündü”

Premyer-liqa / Manşet

19-05-2023, 21:0

Autsayderlərin azarkeşləri əsas suala son turda aydınlıq gələcəyini düşünür - AÇIQLAMALAR

Aktual / Premyer-liqa

13-05-2023, 13:0

Ekspertlər “Səbail”i “Şamaxı”dan şanslı sayır

Premyer-liqa / Manşet

27-03-2023, 20:0

Sənan Qurbanov: "Kəpəz"lə "Şamaxı"nın döyüşkənliyini müəyyən qədər önə çəkərdim”

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Bu gün, 21:16
    "Sabah" "Qarabağ"a qarşı: ikinci hissə başladı
  • Bu gün, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Bu gün, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Bu gün, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Bu gün, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Bu gün, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Bu gün, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Bu gün, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Bu gün, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Bu gün, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Bu gün, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Bu gün, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Bu gün, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Bu gün, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Bu gün, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Bu gün, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Bu gün, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Bu gün, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Bu gün, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Bu gün, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Bu gün, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Bu gün, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Bu gün, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Bu gün, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
Daha çox
Oxunub: 587
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 267
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 193
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə