• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ekspertlər “Səbail”i “Şamaxı”dan şanslı sayır

Aktual / Premyer-liqa

13-05-2023, 13:0

Premyer-liqanın başa çatmasına cəmi üç tur qalıb.

Maraqlıdı ki, indiki məqamda kimin çempion olacağını, kimin mükafatçılar sırasında yer alacağını müzakirə etmək əvəzinə elitanı hansı klubun tərk edəcəyi barədə düşünürük. Çünki ilk “üçlük”, demək olar, məlumdu. “Qarabağ”ın tarixində 10-cu “qızıl”ını qazanacağına heç kimin şübhəsi yoxdu. “Sabah” da artıq “gümüş”ü təmin edib. “Neftçi” isə ilk “üçlüy”ü qapayır. Bəs elitanı kim tərk edəcək? 34-cü tur ərəfəsində şanslar necədi?

"Football-plus.az" olaraq futbol camiəsinin fərqli sahələrini təmsil edən şəxslərə müraciət etdik.

Öncə sport24.az saytının baş redaktoru, tanınmış jurnalist Ceyhun Əliyevin fikiləri ilə tanış olaq:

“Fikrimcə, de-yure bu problemi həll etməsələr də, de-fakto həm "Kəpəz", həm də mövsümün əvvəlində avrokuboklara vəsiqə qazanmaqdan dəm vuran "Sumqayıt" arzusuna çatıb. Qalan iki "can verən" - "Səbail"lə "Şamaxı"ya gəlincə, fərqli mənzərələr formalaşıb. Hələ ilk dövrənin gedişində "Şamaxı"nın kağız üzərindəki baş məşqçisi Vüqar Əsgərliyə legioner xidmətindən yararlanmamağın səhv olduğuna dair sual ünvanlamışdım. Öz aləmlərində daha çox azərbaycanlıya şans tanıdıqları üçün belə qərar verdiklərini dilə gətirən məşqçiyə "bu gün 4 legionerin xidmətindən yararlanın ki, növbəti mövsüm də 7 azərbaycanlı balası premyer-liqada oynamaq şansını saxlasın" demişdim.

Aydın məsələdi ki, Əsgərli öz fikrini yox, onu "Şamaxı"ya təyin edənlərin dediklərini öz adından söylədi: "Biz premyer-liqada qalacağıq". Elə "Şamaxı" rəhbərliyi də analoji bəyanat yayıb ki, AFFA qaydaları arxa plana keçirməli, "Azərbaycan futboluna təmənnasız xidmət edən" klubu, sonuncu olsa belə, elitada saxlamalıdı. Gülməli bəyanatdı. "Böyük dayaq" filmində deyilən məşhur ifadə düşür yada düşür:

"Partkomu Şirzad olanın komsomolu da sənin kimi olar".

İdarə Heyətində Orxan Fikrətoğlu olan klubun bəyanatı da elə bu səviyyədə olar. "Səbail"ə gəlincə, məncə, paytaxt təmsilçisinin iddiaları da böyük idi. Lakin bir məqam unuduldu ki, "Səbail" son illərin əvəzsiz autsayderi idi. Bu psixoloji sindromu üzərindən atmaq heç də asan deyil.

Zənnimcə, kimin aşağı liqaya yuvalanacağına dair suala "Səbail" - "Şamaxı" görüşündə aydınlıq gələcək. Görünən isə budu ki, həlledici rolu Şahin Diniyevin təcrübəsi oynayacaq”.


PRO kateqoriyalı məşqçi Sənan Qurbanov bunları söylədi:

“Turnir cədvəlinin son pillələrində gərgin mübarizəyə şahidlik edirik. “Şamaxı” elitanı tərk etmək təhlükəsi ilə üz-üzədi. “Səbail”in də durumu ürəkaçan deyil. İndi əsas məqam futbolçuların psixoloji cəhətdən hansı vəziyyətdə olmalarıdı. Onlar bu yükün altından nə dərəcədə çıxa biləcəklər? Stressli vaxtdı. Heç kim premyer-liqanı tərk etmək istəmir. Hər iki kollektivin üzərində təzyiq var. Son oyunlarda qeydə alınan nəticələrə baxsaq, “Səbail” bir qədər şanslı görünür. Şahin Diniyevin çalışdırdığı komanda toparlana bilib.

Sumqayıtdakı parlaq qələbə belə düşünməyə əsas verir. Bu da onlara əlavə motivasiyadı. “Şamaxı” isə son matçlarda sanki özünə bənzəmir. Aqressiv, sürətli, istəkli komandanı görə bilmirik. Bu da nəticələrdə əksini tapır.

Fikrimcə, bu psixoloji durumdan irəli gəlir. Oyun baxımından Cavid Hüseynov - Vüqar Əsgərli duetinin çalışdırdığı kollektiv mövsümboyu ikinci “beşlik”dəki rəqiblərin heç birindən geri qalmırdı. Çempionatın son 3 turu həm gərgin, həm də çox maraqlı olacaq. Son turda bu iki komanda bir-biri ilə qarşılaşacaq. Kimin elitada qalacağını, kimin diviziona yuvarlanacağını həmin 90 dəqiqədən sonra biləcəyik”.


Tanınmış agent Səbuhi Səfiyarlı son üç turda təqvimi nəzərə alaraq, “Səbail”in elitada qalmaq şansının daha yüksək olduğunu qeyd etdi:

“Kimin elitada qalacağı ilə bağlı indi ancaq ehtimallar üzərindən danışa bilərik. Premyer-liqanı tərk etmək təhlükəsi yaşayan komandaları qarşıda çox çətin oyunlar gözləyir. “Şamaxı” “Neftçi”nin qonağı olacaq. “Ağ-qaralar” iki ağır məğlubiyyətdən sonra azarkeşlərinin könlünü almaq üçün ancaq qələbəyə köklənəcək.

“Səbail” “Qarabağ”ı evində qonaq edəcək. Ağdamlılar böyük ölçüdə artıq çempiondu və bu səbəbdən onlarda motivasiya “Neftçi”dəki kimi olmayacaq. Üstəlik matç süni örtükdə keçiriləcək ki, bu da “Qarabağ”a həmişə çətinlik yaradıb. Bu üzdən 34-cü turda “Səbail”in xal qazanmaq şansı “Şamaxı”dan daha çoxdu. Növbəti turda “dənizçilər”i çətin Tovuz səfəri gözləyir. Ayxan Abbasovun komandası cari mövsümdə öz meydanında liderlərə çətin anlar yaşada bilib. Ancaq onlar artıq minimum vəzifənin öhdəsindən gəlib. “Şamaxı” isə evdə “Qəbələ”ni qəbul edəcək.

“Qırmızı-qaralar” indi elə vəziyyətdədi ki, hər xal uğrunda sona qədər vuruşur. Deməyim odu ki, “Səbail”dən fərqli “Şamaxı”nı hər iki turda motivasiyalı komanda gözləyir. Yox, hər şey son tura qalarsa, yenə Şahin Diniyevin komandası bir addım öndədi. “Şamaxı” məhz “ASCO Arena”da “Səbail”in qonağı olacaq”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

29-04-2023, 14:0

"Qarabağ"ın çempion olduğunu indidən söyləmək olmaz" - Sənan Qurbanov

Premyer-liqa / Manşet

27-03-2023, 19:0

Aftandil Hacıyev: “Heyət baxımdan götürsək, "Səbail"lə "Sumqayıt" “Kəpəz”lə “Şamaxı”dan üstündü”

1-ci liqa

26-04-2023, 12:0

Ruhid Usubov: “1-ci divizionun səviyyəsi yüksəldilməlidi”

1-ci liqa

26-04-2023, 13:0

“Düşünürəm ki, mövsümün sonunda heç bir komanda elitanı tərk etməməlidi” – Azər Həşimov

Ölkə futbolu

3-04-2023, 10:0

Azərbaycan çempionatlarında mükafat qazanan 19-cu komanda

Premyer-liqa / Manşet

27-03-2023, 20:0

Sənan Qurbanov: "Kəpəz"lə "Şamaxı"nın döyüşkənliyini müəyyən qədər önə çəkərdim”

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
  • 4-08-2026, 23:0
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • 4-08-2026, 23:0
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • 4-08-2026, 22:0
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • 4-08-2026, 22:0
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə