“Kimlərinsə qeyri-etik ifadələrinə görə nə Gəncə futbolunun, nə də klubumuzun adına xələl gəlməsini istəyirik" - AÇIQLAMA

26.05.2023 23:30 757
Premyer-liqa / Manşet
"Kəpəz" - "Neftçi" oyunun fasiləsində "sarı-göylər"in təhlükəsizlik xidmətinin rəhbəri Elmar Əliyev Gəncədən gələn azarkeşlərə müraciət edərək, tribunada qeyri-etik ifadələr işlətməmələrini istədi.

Hətta təhqirə yol verənləri polisə təhvil verəcəyini deməyi də unutmadı. Bu çağırışla bağlı Elmar bəydən açıqlama aldıq:
"Mən həmişə azarkeşlərimizə yaxınlaşıb, onları etikaya, mədəniyyətə dəvət edirəm. Biz ölkənin köklü klublarından biriyik. Ona görə də hər şeyimizlə, o cümlədən azarkeşlərimizin mədəniyyətiylə də nümunə olmalıyıq. Odu ki, kimlərinsə qeyri-etik ifadələrinə görə nə Gəncə futbolunun, nə də klubumuzun adına xələl gəlməsini istəyirik".


ABDULLA İSMAYILOĞLU