“Kəpəz” dəstək üçün iş adamlarına müraciət edib.

"Football-plus.az" xəbər verir ki, bununla bağlı klubun feysbuk hesabında paylaşım edilib.

Müraciətin mətni belədir:

"Dörd illik fasilədən sonra “Kəpəz” yenidən Premyer Liqada mübarizə aparacaq. Qədim futbol ənənələrinə malik Gəncə layiq olduğu yerə - elitaya qayıdır. Bu dönüşümüz doğma şəhərimizin, klubumuzun adına, tarixinə, qazandıqları titullara layiq olmalı, “Kəpəz” ruhu titrəməlidir.

Bunun üçün “sarı-göylər”ə maddi və mənəvi dəstək mütləqdir. Sonuncu amil sarıdan komandamızın bəxti digər klublardan daha çox gətirib. Bu gün “Kəpəz” Azərbaycan futbolunda ən böyük azarkeş ordusuna malik klubdur. Gəncə təmsilçisi çempionat oyunlarında tamaşaçı sayına görə özünəməxsus rekordları yeniləməklə öyünür. Təsadüfi deyil ki, “12-ci oyunçu” sözü daha çox “Kəpəz” azarkeşlərinə uyğun gələn ifadədir. Və biz bu cür fanatlarımızla qürur duyur, fəxr edirik.

Amma müasir futbolda uğurlu çıxışı şərtləndirən amillərdən ən birincisi şübhəsiz ki, maddi məsələdir. Nailiyyət qazanmaq klubun maliyyə təminatına bağlıdır. Odur ki, “Kəpəz” PFK gəncəli iş adamlarına, futbolu sevən biznesmenlərə dəstək üçün müraciət edir. Bu gün klubumuz maliyyə yardımına ehtiyac duyur. “Kəpəz”in hesabına müxtəlif şirkətlər və sahibkarlar tərəfindən maliyyə vəsaiti köçürülə bilər ki, bu da komandamızın büdcəsini artırmaqla uğurlu çıxışa kömək olacaq. “Kəpəz” ailəsi olaraq bizimlə birlikdə irəliləmək istəyən sponsorlara çağırış edirik. Futbolun inkişafını əhatə edən investisiya təkliflərini dəyərləndirməyə hazırıq! Klubumuza sərmayə qoymaq, futbolun inkişafını birgə təmin etmək üçün yolunuzu gözləyirik!

Kəpəz zirvədir, həmişə zirvədə olun!"

Son xəbərlər

Tahir Süleymanov: “Stuxlik komandasının son akkordları idi, bitib artıq” - AÇIQLAMA

''Fatih Karagümrük''də növbəti italyan

Azərbaycanlı idmançı Fransada qızıl medal qazandı

Adil Nadirovun oğlu "Qarabağ"dakı səhmlərini 300 minə sata bilər? - Ekspert rəyi

“Trabzonspor”un Trezeqe transferinin detalları

Ankara toplanışında 13 cüdoçu iştirak edir

Azərbaycanlı futbolçulara xəbərdarlıq: Bu ölkələrin klubları ilə müqavilə imzalamayın!

Azərbaycan çempionu oyunlarını bu ölkələrdən birində keçirəcək

Çakır gələcəyi ilə bağlı qərar verməyib

"Çox işimiz var" - "Makkabi"nin baş məşqçisi

"Qarabağ"ın rəqibində ayrılıq

Almanlar dünya çempionatından bezib

Qızın iki adaxlısı var?! - KÖŞƏ

Azərbaycanlı üzgüçü Avropa çempionatının finalında

Hikmət Hacıyev: "Fəxri kürsüyə layiq olan döyüşçülər milli yığma komandanın tərkibinə salındı" - AÇIQLAMA

"Zirə" Türkiyə klubuna qarşı - YENİLƏNİR

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

Bütün xəbərlər