• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz Naxçıvan” problemlər içində çabalayır - TƏHLİL

Aktual

25-05-2023, 12:0

Ötən həftə AFFA Lisenziya Komissiyasının aşağı dəstədə çıxış edən iki kluba – “Zaqatala” və “Araz Naxçıvan”a premyer-liqada iştirak üçün lisenziya verdiyindən xəbəriniz var.

O da məlumdu ki, Əsasnaməyə uyğun olaraq, 2022/23 mövsümündə elitada sonuncu olan komanda diviziona yuvarlanacaq, aşağı dəstənin çempionu isə növbəti “futbol ili”ndə premyer-liqada çıxış edəcək. İdman prinsiplərini nəzərə alsaq, “Araz Naxçıvan”ın 2023/24 mövsümündə premyer-liqada iştirakı qanunauyğundu. Bəs görəsən, Naxçıvan təmsilçisi premyer-liqada iştirak etməyə layiqdimi? Yazıda bu suala aydınlıq gətirməyə çalışacağıq.

Tələblərə cavab verməyən infrastruktur
İlk baxışdan “Araz Naxçıvan”ın stadionla bağlı problemi yoxdu. Muxtar Respublikanın ən böyük arenası klubun ixtiyarındadı. Arenanın meydanı standartlara uyğundu, palatardəyişmə otaqları, mətbuat konfransı zalı, başqa yardımçı otaqlar var. Bir sözlə, çıx və futbol oyna. Ancaq elitada çıxış etmək üçün tələblər başqadı. Naxçıvan təmsilçisinə güzəşt olunmasa, çətin ki, komanda öz gücünə bunun öhdəsindən gələ. İlk növbədə qazon məsələsinə toxunmaq lazımdı. Meydanın örtüyü təbii olsa da, heç də yaxşı vəziyyətdə deyil. Kəskin iqlimə malik bölgədə payız və qış mövsümü soyuq keçdiyindən qazon qazılmış kartof sahəsini xatırladır. Bəlkə də divizion komandaları üçün orda oynamaq problem yaratmırdı. Ancaq futbolçusuna ildə yüzminlərlə manat məvacib verən “Qarabağ”, “Neftçi”, “Sabah” kimi klublar Naxçıvandakı arenaya görə PFL-in gününü qara edəcək. Düzdü, Naxçıvan təmsilçisinin rəsmiləri “məgər Gəncə, Tovuz stadionunun qazonu idealdı? Orda olar, burda yox” deyib iradlarla razılaşmaz. Ancaq başa çatmaqda olan mövsüm göstərdi ki, milyonluq büdcəyə malik elita təmsilçiləri artıq belə meydanlarda oyun keçirmək istəmir və hər dəfə bununla bağlı narazılığını açıq-aydın dilə gətirir. Sizcə, PFL özünə əlavə başağrı yaratmaq istəyəcək? Təbii ki, qurum özünü nüfuzdan salmamaq üçün örtük məsələsində diqqətli olacaq. Klub rəsmiləri mətbuata hər açıqlamasında mövsümlərarası fasilədə qazonun dəyişdiriləcəyini, təbii otun süni ilə əvəzlənəcəyini qeyd edir. Ancaq bu yöndə hələ bir yenilik yoxdu. Əldə etdiyimiz məlumata görə, PFL rəhbərliyi artıq Naxçıvan klubuna bununla bağlı xəbərdarlıq edib. Mükafatlandırma üçün Naxçıvana yollanan rəsmilər klub nümyəndələri ilə görüşdə qazon, işıqlandırma məsələlərini xüsusi qabardıb. Qarşı tərəfdən sözdə yox, əməldə ortaya iş qoymalarını istəyiblər. Əks halda “Araz Naxçıvan”ın ev oyunlarının Muxtar Respublikada keçirilməsinə icazə verilməyəcəyi bildirilib.

Könlü balıq istəyənin...
Elitanın tələblərindən biri də premyer-liqa klublarının nəzdində aşağı yaş qruplarının olmasıdı. Bəs “Araz Naxçıvan”da bu yöndə vəziyyət necədi? Təxminən bir ay öncə klubun aşağı yaş qruplarına nəzarət edən Adil Şükürov bu yöndə vəziyyətin heç də ürəkaçan olmadığını səmimi etiraf etmişdi. Düzdü, Adil bəy qarşıdakı vaxtda çatışmazlığı aradan qaldıracaqlarını, əvəzedici, U-19, U-17 komandalarını formalaşdıracaqlarını vurğulamışdı. Ancaq bu gün üçün Naxçıvan klubunda bu yaş qruplarının heç biri yoxdu. Ən pisi odu ki, əvəzedici, U-19 və U-17 olacağı halda belə, Naxçıvanda oynamayacaqlar. Gəzən söz-söhbətə inansaq, qeyd etdiyimiz komandalar ev oyunlarını Bakıda keçirəcək. Belədə bu komandaya necə Naxçıvan klubu demək olar? Elitada çıxış etmək istəyən klub ilk növbədə uşaq futbolunda yaşanan çatışmazlığı aradan qaldırmağa çalışmalıdı. Geridə qalan müddətdə klub rəhbərliyi bu sahəni düzəldə bilməyibsə, deməli, idarəetmədə işi bacara bilməyənlər əyləşib. Uşaq futbolunu dirçəldə bilməyənlərə elitada çıxış etmək yönündə “yaşıl işıq yandırmağın” nə dərəcədə düzgün addım olduğunu zaman göstərəcək.

AFFA-nın ehtiyat variantı hazırdı
Sadaladığımız çatışmazlıqları nəzərə alanda Naxçıvan klubunun elitata iştirakına icazə verilməsi bir qədər absurd görünür. Bəlkə də bu səbəbdən AFFA ehtiyat variant kimi “Zaqatala”nı nəzərə alıb, şimal-qərb zonasını təmsil edən kluba da lisenziya verib. Assosiasiya rəhbərliyi yaxşı bilir ki, Naxçıvanda yetərincə çatışmazlıq var. Hazırda naxçıvanlıların premyer-liqada oynaması üçün Muxtar Respublikda istənilən şərait yoxdu. Və onu aradan qaldırmaq da çox çətin prosesdi. Klub rəhbərliyi yaxın vaxtda problemləri həll etmək üçün addım atmasa, böyük ehtimalla, ikinci, daha dəqiq desək, “Zaqatala” variantı gündəmə gələ bilər. Əslində “Zaqatala” “Araz Naxçıvan”dan çox premyer-liqada çıxış etməyə layiqdi. Ən azı yaxın keçmişdə bölgəni elitada təmsil edən “Simurq” “Araz Naxçıvan” kimi elitada çıxışını yarımçıq dayandırmayıb və yaxud gürcü futbolçu Canalidzeni ictimaiyyətə Canıyev kimi təqdim etməyib.

Dayanıqlı maliyyə, yoxsa AFFA-ya açılacaq əl?
Klubun əsas sponsoru “Cahan Holdinq”di. Bu həmin holdindi ki, bir neçə ay öncəyə qədər Vasif Talıbova məxsus olduğu deyilirdi. Holdinqin rəhbəri hazırda Vüqar Abbasovdu. Bir neçə ay öncə mətbuatda onun Vasif bəyin yaxını kimi DTX tərəfindən sorğu-suala çəkildiyi deyilsə də, hələ ki postunu qorumağı bacarıb. Ancaq gələcəkdə nəyin necə olacağı hələ məlum deyil. Bu məqamları nəzərə aldıqda naxçıvanlıların dayanıqlı maliyyəyə sahib olduğunu da düşünmək mümkün deyil. Düzdü, ortada AFFA-nın elita klubları üçün ayırdığı 3 milyon var. Bu vəsaitə ümid olub elitada oynamaq isə yağışa bel bağlayıb taxıl əkməyə bənzəyir. Necə deyərlər, yağmadı yağış, bitmədi qamış...

Sonda bir qədər də tarixə qayıdaq. Xatırladaq ki, klubun əsası 1967-ci ildə qoyulub və SSRİ çempionatında çıxış edib. Müstəqillik illərində bir müddət futbolsuz qalan Naxçıvan 2014-cü ildə yenidən böyük futbol ailəsinə qoşulub. Həmin il 11 oyunun 9-da məğlub olduğu üçün hakimlərin ədalətsiz qərarlarını əsas gətirərək çempionatda iştirakını dayandırıb. 2021/22 mövsümündə Region Liqasında çıxış edərək çempionatı 3-cü yerdə başa vurub. 2022-ci ildən isə yenidən birinci divizionda çıxış etməyə başlayıb.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

20-04-2023, 14:0

“Araz Naxçıvan” AFFA-nın şərtiylə razılaşdı

Ölkə futbolu / Manşet

17-05-2023, 17:0

Elçin Məmmədov: “Klubların bundan sonrakı taleyini AFFA İcraiyyə Komitəsinin qərarları müəyyən edəcək”

Aktual / 1-ci liqa

21-04-2023, 13:0

"Araz Naxçıvan" rəhbərliyinə bir neçə variant təklif olunub

Ölkə futbolu / Manşet

16-05-2023, 12:0

AFFA-nın baş katibi 12 komandaya lisenziya verilməsinə münasibət bildirdi

Aktual

15-05-2023, 14:0

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirildi - QƏRARLAR

Ölkə futbolu / Manşet

25-05-2023, 12:0

İdarə Heyətinin üzvü “Araz Naxçıvan”dan ayrıldı

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 11:23
    Yenidən Londonda qərar tutdu
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə