Bəs indi nə oldu? Geridə qalan müddətdə nə dəyişdi? Bu suallara cavab tapmaq üçün Sərxan Hacıyevin fikrini öyrənməyi lazım bildik. Baş katib “Football-plus.az” a açıqlamasında bunları söylədi:
“Bildiyiniz kimi, aşağı dəstə təmsilçilərindən “Araz Naxçıvan”la “Zaqatala”ya lisenziya verilib. Mövsümün əvvəlində də qeyd etdiyim kimi, Əsasnaməyə uyğun birinci dvizionda ilk yeri tutan komanda premyer-liqaya vəsiqə qazanır, elitada sonuncu olan isə diviziona düşür. Lisenziyanı əldə etmək hələ premyer-liqaya vəsiqə qazanmaq anlamına gəlmir. Bu o deməkdi ki, hazırda ancaq aşağı liqada birinci yeri tutan və lisenziya alan komanda premyer-liqaya vəsiqə əldə edib. Divizionun qalibi olan və lisenziya alan komanda hansısa səbəbdən premyer-liqada iştirakdan imtina etsə, o zaman lisenziya qazanan digər komandaların məsələsi nəzərdən keçirilə bilər. Bütün bunlar da AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq məsələlərdi”.
Baş katib aşağı dəstədə planlaşdırılan say artımına da toxundu:
“Birinci divizionda iştirak etmək istəyən bəzi klubların müraciətinə baxılıb. İndiki məqamda detallı şəkildə açıqlama verə bilmirik. Bununla bağlı qərar da İK-nın növbəti toplantısında veriləcək. Diviziona gələcək 4 komanda ilə bağlı prioritetimiz dəyişməyib. Əsasən bölgə təmsilçilərinə üstünlük verəcəyik. Əsas şərtimiz isə infrastrukturla bağlıdı”.
RƏŞAD

