“Neftçi” ukraynalı futbolçu ilə maraqlandığını TƏSDİQLƏDİ

11.01.2023 16:54 384
Aktual / Manşet
“Neftçi”nin danışıq apardığı futbolçulardan biri də Dmitri Topolovdu.

Football-plus.az xəbər verir ki, ukraynalı futbolçu “Şaxtyor”da çıxış edir. Yarımmüdafiəçi menecerlər tərəfindən flaqmana təklif olunub. Görəsən, bu məsələdə hansısa yenilik var? Sualımızı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev belə cavabladı:

“Adı çəkilən futbolçu bizə təklif olunub. Məşqçilər onunla bağlı qərar verdikdən sonra hansısa yenilik olsa, ictimaiyyətə açıqlanacaq. Bu məsələ ilə bağlı başqa heç nə yoxdu”.


İLKİN SULTANLI