"Zirə" - "Kəpəz" qarşılaşmasının 90-cı dəqiqəsində Rəşad Sadıqov komandasının tibbi personalına kəskin irad bildirərək onların meydana çıxmasına mane oldu.
Görəsən, anlaşılmazlığın səbəbi nədi? Rəşad Sadıqov "Football-plus.az" saytına bunu belə izah etdi:
"Oyundan əvvəl belə məqamları çox müzakirə etmişik. Tibbi personala tapşırığım bu idi ki, rəqib hücum edərək standart vəziyyətləri yerinə yetirirsə və bizim başla yaxşı oynayan futbolçularımız yerdə qalıbsa, dərhal meydana çıxmağa tələsməyin. Həm bir qədər tempi öldürmək olar, həm də futbolçunun özü qalxar.
Belə də oldu. Nemanya oyun epizodunda yerdə qalsa da, həkim müdaxiləsi olmadan qalxdı. Tibbi personal, sadəcə, tapşırığımı yaddan çıxarıb, tələskənliyə yol vermək istəyirdi. Başqa heç bir problemimiz yoxdu".
ABDULLA İSMAYILOĞLU