Rəşad Sadıqov onu “Zirə”yə qaytaracaq? – ÖZÜ AÇIQLADI

26.01.2023 17:12 740
Aktual / Manşet
"Kəpəz"də özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri də Ahmet Ayzayadı.

27 yaşlı yarımmüdafiəçi Gəncə təmsilçisinə ötən ilin yayında "Zirə"dən keçib. Nigeriyalının mövsümün sonunda yenidən "qartallar"ın sıralarına qoşulmaq ehtimalı var? "Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova müraciət etdik:

"Ahmet Ayzaya yaxşı futbolçudu. Onun oyun tərzi də xoşuma gəlir. Hazırda çempionatda özünü yaxşı tərəfdən göstərən oyunçulardandı. "Kəpəz"lə müqaviləsi var. Düşünürəm ki, futbolçunun gələcəkdə "Zirə"yə keçəcəyi gündəm mövzusu deyil və bu suala cavab verməyi düzgün saymıram”.


ABDULLA İSMAYILOĞLU