"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun arxiv videosu yayılıb.
Football-plus.az xəbər verir ki, görüntülərdə çalışdırıcının 1998-ci ildə Fransada keçirilən dünya çempionatının oyunlarını canlı izləməsindən bəhs olunub.
Belə ki Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərdən birinin yeniyetmələr arasında mini futbol turnirində ən yaxşı oyunçu seçilən Rəşad Sadıqov Parisə yollanmaq hüququ qazanıb.
[media=https://baku.tv/embed/68696]