• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Liverpul” “Enfild”lə bağlı İPL-ə ağız açdı

Dünya futbolu

15-05-2023, 23:0

Bugünlərdə “Liverpul” İngiltərə Premyer-liqasının (İPL) rəhbərliyinə “Enfild” stadionunun yenidən qurulmasına görə 2023/24 mövsümündəki ilk oyunu səfərdə keçirməklə bağlı xahiş edib.

"Football-plus.az" xəbər verir ki, “Enfild Roud”un dəyəri 101 milyon dollar olan, stadionda əlavə 7 min yer təmin edəcək və tutumunu 61 minə çatdıracaq yeni tribunasının tikintisi avqustun əvvəlinə qədər başa çatmalıdı. Ancaq müvafiq təhlükəsizlik sertifikatı almaq üçün burda test tədbirləri keçirmək də zəruridi. “Enfild” rəhbərliyi belə hesab edir ki, yeni mövsümdəki ilk oyunun avqustun 12-də səfərdə keçirilməsi hər şeyi qaydaya salmaq baxımından onlara yetərincə fəalliyyət azadlığı qazandıracaq. “Liverpul”un stadionların istismarı üzrə vitse-prezidenti Pol Kattillin fikirləri:

“Biz sorğu göndərmişik, ancaq İPL hələ ki sorğunu təsdiqləməyib. Sorğumuz təsdiqlənərsə, yeni mövsümün ilk ev oyununu avqustun 19-da burda, həm də “Enfild Roud”un yeni tribunasını nəzərə almaqla keçirmək imkanına baxacağıq. Qeyri-adi dərəcədə çətin olsa da, vaxt və büdcə məhdudiyyətlərinə sığışmağa çalışırıq”.


Yürgen Kloppun təntənəli şəkildə beli yerə vurduğu 2021-ci ilin sentyabrından bəri stadionun tutumu hələ artırılmasa da, mövcud tribunalar ətrafında yeni konstruksiya formalaşdırılıb. “Buckingham Group” inşaat şirkəti “Enfild”dəki hər oyunun startından 24 saat əvvəl stadionu klubun ixtiyarına verir, ancaq cari mövsümdə “Aston Villa”ya qarşı keçiriləcək (mayın 20-də) son ev oyununun ardından layihə həlledici mərhələyə qədəm qoyacaq. Qazonun üstü örtüləcək və tribunaların üstünün dağıdılması üçün iki böyük kran cəlb olunacaq. Tavan söküləndən sonra inşaat şirkətinin ixtiyarında köhnə üst yarusun sökülməsi üçün bir həftə olacaq. Aşağı yarus təmir olunacaq və yeni struktura birləşdiriləcək. Kattill əlavə edir: “Bu, layihə üçün növbəti vacib həlqədi. Müddətə uyğunlaşmalı və işə başlamalıyıq ki, yeni mövsümün startına qədər hər şeyin hazır olacağına əmin olaq”.

“Enfild Roud”un yeni tribunası oyun günlərində əlavə 400 iş yerinin yaranmasına səbəb olacaq. Əlavə 7 min yerdən 2 minə yaxını yeni və rahat lojalarda əyləşəcək korporativ qonaqlar üçün nəzərdə tutulacaq. Genişlənmə çərçivəsində minə yaxın yeni mövsümlük abunə satılacaq, həmçinin hər oyun üçün əlavə 3000 bilet satışa çıxarılacaq. Bundan başqa, qapıarxası aşağı yarusda gənc azarkeşlər (17-21 yaş) üçün yeni bölmə yaradılacaq. Qonaq azazkeşlər bundan sonra 6 yox, 8 turniketin xidmətindən yararlana biləcək, onların daha geniş zala çıxış imkanı olacaq. Avqustun əvvəlindəki test tədbirləri çərçivəsində yoxlama oyununun keçirilməsi nəzərdə tutulmur. Klopp iyulda komandanı Almaniyaya – mövsümöncəsi toplanışa aparacaq, “Liverpul” Sinqapurda iki yoldaşlıq oyununun keçirilməsi ilə bağlı da danışıq aparır.

Xatırladaq ki, bu, “Enfild”in həyatındakı ikinci yenidənqurma mərhələsidi. 2016-cı ildə də yeni və əsas tribunanın tikintisi kluba 110 milyon funta başa gəlmişdi. “Fenway Sports Group” 2010-cu ildə klubu alarkən stadionla bağlı dilemma ən böyük problemlərdən biri idi. Yeni stadiona köçmək perspektivi azarkeşlər arasında böyük diskussiya doğurmuşdu. Ancaq Liverpul şəhər şurasının dəstəyi ilə yeni sahiblər “Enfild”i müasirləşdirməyin və genişləndirməyin yolunu tapdı, bu prosesin gedişində şəhərin tarixinə və ənənələrinə də xələl gəlmədi. Kattill deyir: “Sözsüz, dünyadakı iki ən yaxşı stadiondan biridi. Mən artıq 20 ildi burdayam, məhz azarkeşlər bu klubu yaşadır. Bu stadionda, sadəcə, qeyri-adi atmosfer var. Yeni tribunanın açılacağı günü, əlavə 7 min azarkeşin bu atmosferə qatqısını görməkdən ötrü səbirsizlənirəm. “Liverpul”un həyatında qeyri-adi hadisəyə şahidlik edəcəyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-10-2022, 10:0

"Lids" "Liverpul"u dayandırdı

Çempionlar Liqası

16-03-2023, 12:0

''Bernabeu''da ''Liverpul''un himni niyə səslənib?

Dünya futbolu

27-03-2022, 15:0

“Barselona” “Liverpul”a qalib gəldi

Dünya futbolu

7-03-2023, 16:0

''Liverpul'' öz fanatını ömürlük cəzalandıra bilər

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Bu gün, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Bu gün, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Bu gün, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 103
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə