• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Belarus futbolunda tarixi qalmaqal

Dünya futbolu

15-05-2023, 21:0

Belarus futbolunda böyük qalmaqal yaşanır.

"Football-plus.az" xəbər verir ki, zatən bu ölkənin klubları məlum səbəbə görə avrokuboklarda ev oyunlarını neytral meydanda və azarkeşsiz keçirirlər. Belarus yığmasının isə AÇ-2024-ün seçmə mərhələsindən kənarlaşdırılması gündəmdədi. Bütün bunlar azmış kimi, ölkə futbolunda bir növ “kalçopoli” qalmaqalı yaşanır. Yanvarın sonlarından bəri federasiyanın bəzi klublarla bağlı araşdırma aparması barədə şayiələr dolaşırdı. Amma hər şeyin bu dərəcədə ciddi olacağını az adam proqnozlaşdırardı. Gəlin, əvvəlcə federasiyanın cəzaları ilə tanış olaq.

1. Son 3 ilin çempionu “Şaxtyor”un 2022-də qazandığı son titul əlindən alınıb! Soliqorsk təmsilçisi danışılmış oyunlarda və rəqiblərə stimullaşdırıcı pul təklif etməkdə günahkar bilinib. Eyni zamanda federasiya bu komandaya avrokuboklarda oynamaq üçün lisenziya verməkdən imtina edib. Bundan başqa, bu mövsüm “Şaxtyor”un hesabından 30 xal silinib. Yəni komanda turnir cədvəlində 4-cü pillədən sonuncu – 15-ci pilləyə yuvarlanıb. Komandanın hesabında mənfi 13 xal var. Növbəti mövsümə isə “Şaxtyor” hansı divizionda oynamasından asılı olmayaraq, 20 xallıq cəza ilə başlayacaq və 124 min dollar cərimə ödəyəcək.

2. Təbii ki, ayrı-ayrı futbol adamlarına da cəzalar verilib. “Şaxtyor”un idman direktoru Vladimir Niderqaus faktiki Belarusda “persona non qrat” elan olunub və ömürlük futbol sahəsindən kənarlaşdırılıb! Həbs olunan sabiq futbolçu həm də transfer bəhanəsi ilə xərclənilən pulları mənimsəməkdə günahlandırılır. Klubun sabiq idman direktoru Aleksandr Marçenko beşillik, kapitan Nikita Korzun isə birillik cəza alıb.

3. “Sanksiya atəşinə” təkcə “Şaxtyor” tutulmayıb. 2-ci pillənin sahibi “Energetik-BQU” da gümüş medallardan məhrum olunub, bu yay Konfrans Liqasında oynamasına da qadağa qoyulub. Eyni zamanda bu mövsüm klubun hesabından 20 xal silinəcək. Gələn mövsümə isə bu kollektiv mənfi 10 xalla başlayacaq. Minsk təmsilçisinin məşqçilər korpusuna daxil olan və ölkənin əməkdar məşqçisi olan Anatoli Yureviç beşilliyə futboldan kənarlaşdırılıb.

4. “Belşina” da cəzalanan klublar siyahısındadı. Klubun bu mövsüm üçün 10, gələn mövsüm üçün 5 xalı silinib. Klubun üzvü Dmitri Qomza isə ömürlük futboldan kənarlaşdırılıb.

Belarus müstəqil olandan bəri ölkə futbolunda bu həcmdə qalmaqal baş verməmişdi. Hadisənin təfərrüatlarına keçməmiş xatırladaq ki, Belarusda çempionat “yaz-payız” sistemi ilə keçirilir. 2018-də BATE-nin 13 illik hegemonluğu başa çatdı. 2019-da titul “Dinamo-Brest”ə qismət oldu. Son 3 ildə isə ölkə futbolunda “Şaxtyor” ağalıq edirdi. Ötən mövsümün son turundan öncə “Şaxtyor” “Energetik-BQU”nu 2 xal qabaqlayırdı. Soliqorsklular həlledici turda “Belşina” ilə qarşılaşmada 4:1 hesabıyla qalib gəldilər. Belarus mənbələrinin iddiasına görə qalmaqalın mərkəzində məhz bu oyun dayanır. “Şaxtyor”un rəqibə pul verməsi faktı üzə çıxıb. Maraqlıdı ki, həmin turda “Energetik-BQU” öz meydanında Minsk “Dinamo”suna 1:3 hesabı ilə yenildi. Yəni “Şaxtyor” uduzsaydı da, çempion olacaqdı. Amma oyunlar eyni vaxtda başladığından, təbii ki, heç kim bunu nəvvəlcədən deyə bilməzdi. Deyilənə görə, Niderqaus Qomzayla 20 min dollar qarşılığında oyunun satılması ilə bağlı anlaşıbmış. Özü də Dmitri Qomza “Belşina”nın kapitanı idi və sözügedən matçda meydan sahibləri ikinci qolu məhz onun yersiz şəkildə cərimə meydançasına qayıdaraq kobudluğa əl atmasından sonra təyin olunan penalti ilə vurmuşdular. “Energetik-BQU”nun nəyə görə cəzalandığı barədə konkret məlumat yoxdu. Çox güman, bu komanda da son turdakı rəqibini – Minsk “Dinamo”sunu pulla almağa çalışıb. Amma qeyd etdiyimiz kimi, o matçda meydan sahibləri məğlub olmuşdu. Federasiya və yerli hüquq-mühafizə orqanları ümumilikdə 5 qarşılaşma ilə bağlı araşdırma aparıb. 2022-ci ildəki çempionatın aqibətinə gəlincə, 1-2-ci pilləni tutan klubların cəzalanmasından sonra məntiqlə çempionluq 3-cü pilləni tutan BATE-yə qismət olmalıydı. Amma çempionluq heç kimə verilməyib. BATE-yə, sadəcə, ölkəni ÇL-də təmsil etmək hüququ verilib. Uyğun olaraq 4 və 5-ci yerləri tutan Minsk “Dinamo”su ilə “İsloç” isə KL-in təsnifat mırhələsində oynayacaq. Həm “Şaxtyor”, həm də “Energetik-BQU” məsələ ilə bağlı rəsmi bəyanat yayıb. Hər iki klub iddiaları rədd edib və federasiyanın qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-05-2023, 16:0

Belarus yığması üçün yeni məkan

Dünya futbolu

6-04-2022, 18:0

Belarus millisi Azərbaycanı başqa ölkədə qəbul edəcək

Dünya futbolu

24-05-2022, 14:0

Belarus millisinin hücumçusu yığmadan imtina etdi

Dünya futbolu

5-04-2023, 11:0

UEFA Belarus yığmasına sanksiya tətbiq edəcək?

Aktual
“O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
Son xəbərlər
  • Bu gün, 10:50
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 10:19
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 09:14
    Fransa və Meksika da 1/8 finalda - DÇ səhəri
  • Bu gün, 01:54
    "Səbail" sabiq futbolçusunu qaytardı - RƏSMİ
  • Bu gün, 01:24
    Sadiq Məmmədov "gümüş" qazandı - AÇ
  • Bu gün, 00:58
    Topu özü ilə apardı
  • Bu gün, 00:27
    "Neftçi"dən rekord: 7837 məhsul satıldı!
  • Bu gün, 00:02
    “Real”ı tərk etdi
  • Dünən, 23:32
    Sentyabrın 1-də 2-ci, 3-də 1-ci liqada yeni mövsüm başlayacaq
  • Dünən, 23:15
    "Zirə" Türkiyə klubuna məğlub oldu
  • Dünən, 22:59
    Holann Norveçi 1/8 finala çıxardı - DÇ gecəsi
  • Dünən, 22:52
    “O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
  • Dünən, 22:10
    Futbolçu suda boğuldu
  • Dünən, 21:43
    “Sürəti o qədər yaxşıdı ki, əyləc tutmasa, tribunaya qədər gedəcək” – “Qarabağ”ın yeni futbolçusuna bax!
  • Dünən, 21:04
    Son 72 ildə bunu bacaran olmamışdı
  • Dünən, 20:15
    DÇ matçının ən yaxşı oyunçusu oldu
  • Dünən, 19:32
    Fransa yığması başsız qaldı
  • Dünən, 18:54
    Madriddən Londona üz tutacaq
  • Dünən, 18:23
    Üç aylıq işsizliyə son qoydu
  • Dünən, 17:57
    Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
  • Dünən, 17:48
    Noqeyra "Sabah"dan getdi
  • Dünən, 17:13
    Baş məşqçi kimi ilk təyinatını aldı
  • Dünən, 16:36
    İspaniya klubunda yeni təyinat
  • Dünən, 16:04
    Millilərdə məşqçi dəyişiklikləri oldu
  • Dünən, 15:40
    "Qəbələ" konqolu futbolçu transfer etdi
  • Dünən, 15:10
    Portuqaliyalı futbolçulardan təqdirəlayiq addım
  • Dünən, 14:49
    Kanada, Braziliya, Paraqvay, Mərakeş... – bu gün Norveçlə Fransanın da taleyi bilinəcək - DÇ günü
  • Dünən, 14:44
    Kaşkilyanın da Allahı var!
  • Dünən, 14:29
    Şirvanın iki futbol klubu birləşdi
  • Dünən, 14:09
    Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
  • Dünən, 13:56
    68 ildən sonra ən məhsuldar çıxış
  • Dünən, 13:28
    Afrika rekordu yeniləndi
  • Dünən, 12:46
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 12:15
    "Zirə" Türkiyə klubuna qarşı
  • Dünən, 12:00
    Dünya çempionatında yeni rekord
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə