“Napoli”nin oyunçusu MY ilə danışıq aparır

14.05.2023 15:51 275
Dünya futbolu
“Mançester Yunayted” “Napoli”nin müdafiəçisi Kim Min Çjenin transferi üçün danışıqlara başlayıb.

"Football-plus.az" “Foot Mercato”ya istinadən xəbər verir ki, İngiltərə klubu koreyalı futbolçuya yüksək maaş təklif edib. Kim “Napoli”yə 2022-ci ilin yayında “Fənərbaxça”dan keçib. O, bu mövsüm meydana çıxdığı 43 matçda 2 qol vurub, 2 qolun ötürməsini verib.