PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

8.08.2022 14:16 280
Dünya futbolu
PSJ heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

"Football-plus.az" Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi "Napoli"dən Fabian Ruizi transfer etməyə yaxındı. Tərəflər artıq razılığa gəliblər. 26 yaşlı yarımmüdafiəçi ilə qısa müddət ərzində müqavilə imzalanacaq.

Paytaxt klubu Ruizə görə təxminən 25 milyon avro ödəyəcək.

Qeyd edək ki, ispaniyalı oyunçu ötən mövsüm 38 oyunda 7 qol vurub və 5 qolun ötürməsini verib.