''Beşiktaş''ın üzvü oyundan sonra xəstəxanaya yollandı

14.05.2023 11:51 282
Dünya futbolu
Dünən ''Tofiq Bahramov'' stadionunda məlum olduğu kimi xeyriyyə matçında ''Sabah'' ilə ''Beşiktaş'' üz-üzə gəldi.

"Football-plus.az" xəbər verir ki, maraqlı və məhsuldar alınan oyun 3:3-lük bərabərliklə yekunlaşdı. İstanbul nəhənginin heyətində matçdan sonra qanqaraldıcı olay baş verib. 90 dəqiqə meydanda olan Onur Bulutun halı pisləşib və onun təzyiqi qalxıb. 29 yaşlı sağ cinah müdafiəçisi Bakıdakı xəstəxanalardan birinə yerləşdirib. Amma futbolçunun vəziyyəti sonradan qaydasına düşüb. Onur Türkiyəyə komandadan ayrı, gecə saat 03.30 reysi ilə yollanıb. ''Beşiktaş''ın baş məşqçisi Şenol Günəş oyundan sonrakı mətbuat konfransında Bulutun durumu ilə bağlı suala belə cavab vermişdi:
''Tibbi müayinəyə yollamışıq. Dəqiq bir şey bilmirik. Oyunun əvvəlində top möhkəm şəkildə başına dəydi. Problemi olmadığını deyərək oyuna davam etdi. Amma final fitinə yaxın biraz narahatlığı oldu. Tomoqrafiya etmək üçün xəstəxanaya göndərdik''.


Qeyd edək ki, Onur Bulut ''Beşiktaş''a bu qış ''Kayserispor''dan keçib. O, ''ağ-qaralar''ın heyətində 8 superliqa matçında 1 məhsuldar ötürmə verib.