Mayın 13-də "Sabah" - "Beşiktaş" oyunu gerçəkləşəcək.
"Football-plus.az" İstanbul nəhənginin rəsmi saytına istinadən xəbər verir ki, komanda dünəndən "Sabah"la oyunun hazırlığına başlayıb. Mediaya qapalı məşqi klubun prezidenti Əhməd Nur Çəbi, idman direktoru Ceyhun Kazancı da izləyib.
Futbolçular baş məşqçi Şenol Günəşin rəhbərliyi altında məşqə isinmə qaçışları ilə start verib. Hazırlıq prosesi ötürmələrin icrası, qapıya dəqiq zərbələrin vurulması və dar sahədə taktiki oyunla başa çatıb.
Bundan başqa, daun sindromlu uşaqlar "Beşiktaş"ın bazasını ziyarət edib. Onlar Şenol Günəş və futbolçularla şəkil çəkdirib.
ABDULLA İSMAYILOĞLU