• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə” toparlanmalı və “Qəbələ”nin çöküşünə ümid etməlidi - TƏHLİL

Premyer-liqa

5-05-2023, 22:0

Misli premyer-liqasının gərgin keçən 32-ci turundan sonra turnir cədvəlinin zirvəsində “sular duruldu”.

Derbidə “Qarabağ”a 2:4 hesabıyla məğlub olan “Neftçi”nin bürünc medalla kifayətlənəcəyi dəqiqləşdi. 48 xalla dördüncü pillədə qərarlaşan “Qəbələ” növbəti 4 oyunda qələbə qazansa belə, 61 xala malik “ağ-qaralar”ı keçə bilməyəcək.

“Zirzəmi”dəki mənzərə isə çaşqınlıq yaratmaqda davam edir. “Səbail” premyer-liqada qalmaq yox, sonuncu yeri əldən verməmək üçün “mübarizə aparırmış” kimi görünsə də, “Şamaxı” ilə arada cəmi 1 xal fərq var. Ümumiyyətlə, son “beşlik”də vəziyyət qarışıqdı. Hətta bir matç belə eyni anda bir neçə klubun qarşıdan gələn mövsümdəki taleyinə aydınlıq gətirə bilər. Belə olan halda “Səbail”lə 10 xallıq fərq yaradan “Turan Tovuz”a belə rahatlaşmaq olmaz. Bununla yanaşı, turnir cədvəlinin 4 və 5-ci yerləri də “dalğalıdı”. “Qəbələ”nin “Səbail”i 4:2 hesabı ilə məğlub etməsi və “Zirə”nin “Turan Tovuz”la matçda (1:3) xal itirməsi 4-cü yer uğrunda mübarizədə bölgə təmsilçisinə təkan verdi. Lakin bu hər şeyi həll etmir. Düzdü, “Qəbələ” Konfrans Liqasına vəsiqə uğrunda mübarizədə böyük addım atıb. Komanda ölkə kubokunda da finala vəsiqə qazanıb. Amma indidən “Neftçi” ilə həlledici görüşün necə bitəcəyini söyləmək çətindi. Bu üzdən 4-cü pillə uğrunda sonadək gərgin mübarizənin gedəcəyini söyləyə bilərik.

Daha dəqiq fikir söyləmək üçün qarşıdakı turlara baxaq. “Qəbələ” 33-cü turda səfərdə “Qarabağ”la qarşılaşacaq. Mayın 2-də “Neftçi”yə 4 qol vuran ağdamlıların məğlubiyyəti gözlənilmir. Ən yaxşı halda “sülh”ə razılaşmaq isə “köhlən atlar”ın kitabında az rast gəlinən hallardan biridi. 34-cü turda “Turan Tovuz”la qarşılaşmaya isə ümidlə baxmaq olar. Təbii ki, tovuzluların 32-ci turda “Zirə”ni 3:1 hesabı ilə məğlub etməsini gözardı etmədən... 35-ci turda rəqib “Şamaxı”dı. Elmar Baxşıyevın komandası səfər görüşündə turnir cədvəlinin doqquzuncusu ilə ehtiyatlı davranmalıdı. Çünki “Şamaxı” elitada qalmaq üçün dəridən-qabıqdan çıxır. Nəhayət, “Qəbələ” son matçda “Kəpəz”i qəbul edəcək. Təcrübəli mütəxəssis Tərlan Əhmədovun bu oyunda səhvə yol verməsi reallıqdan uzaqdı. Hər halda, Elmar bəy bu faktı nəzərə alacaq.

“Zirə”yə gəlincə, 33-cü turda Şamaxıya səfər edəcək komanda toparlanmaq üçün bu fürsətdən mütləq istifadə etməlidi. Çünki xal itkisi avrokubok şansını bir qədər də azaldacaq. Növbəti görüşdə isə rəqib “Kəpəz” olacaq. Rəşad Sadıqovun komadası bu səddi də itkisiz adlamalıdı. Çünki 35-ci turda “Sabah”ın qonağı olacaq zirəlilərin işi daha çətin olacaq. 36-cı tura təsadüf edəcək Sumqayıt səfəri də asan gəzinti vəd etmir. Bir sözlə, “Zirə” 4-cü olmaq istəyirsə, ilk hədəf “Qəbələ” ilə 6 xallıq fərqi aradan qaldırmaq olmalıdı. Təbii ki, gərək Elmar Baxşıyevin komandası da büdrəsin. Amma bu heç də real görünmür. “Qəbələ” hazırda mövsümü 4-cü bitirməyə daha yaxındı. Turnir cədvəlində pillə dəyişikliyi olacaqsa, bu, sadəcə, “Zirə”nin toparlanması, “Qəbələ”nin qəfil çöküşü səbəbindən gerçəkləşə bilər. Bu da ehtimallardan ən zəifidi. Lakin futbol sürprizləri xoşlayan idman növüdü. Bir addım sonra haqda dəqiq fikir yürütmək şansı yox dərəcəsindədi. Son nəticəni zaman göstərəcək. Hadisələrin axarına əsasən isə onu deyə bilərik ki, “Qəbələ” – “Zirə” mübarizəsinin qalibi bölgə təmsilçisi olacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

28-10-2022, 16:0

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Dünya futbolu

27-03-2023, 22:0

Üçüncü dövrədə zəiflər arasında ən güclü “Kəpəz”di! - TƏHLİL

Premyer-liqa / Manşet

24-02-2023, 20:0

"Zirə"dən səfər qələbəsi, Bayılda bərabərlik - YENİLƏNİB

Premyer-liqa / Manşet

14-04-2023, 22:0

"Zirə" "Səbail"i, "Qəbələ" "Neftçi"ni məğlub etdi - YENİLƏNİB

Premyer-liqa / Manşet

1-11-2022, 13:0

“Turan Tovuz” “avrokubok zonası”na yaxınlaşır - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

20-10-2022, 20:0

"Qarabağ"dan böyükhesablı qələbə - YENİLƏNİB

Aktual
"Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Son xəbərlər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
Daha çox
Oxunub: 277
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə