Mövsümün sonunda “Ayntraxt”dan ayrılacaq

13.05.2023 10:00 291
Dünya futbolu
“Ayntraxt” cari mövsümün sonunda baş məşqçi Oliver Qlasnerlə yolları ayıracaq. Bu barədə Frankfurt klubunun saytı məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, Bundesliqa təmsilçisinin 48 yaşlı mütəxəssislə müqaviləsinin müddəti 2024-cü ilin iyununa qədər nəzərdə tutulurdu. Ancaq tərəflər müqaviləni vaxtından əvvəl ləğv edəcəklər.

Qlasner komandanı 2021-ci ildən çalışdırır. “Ayntraxt” onun rəhbərliyi altında ötən mövsüm Avropa Liqasının qalibi olub. Hazırda bundesliqada 43 xalla 9-cu yeri tutan frankfurtlular Çempionlar Liqasına vəsiqə qazanmaq şansını itiriblər.