"Qarabağ" və "Qalatasaray" rəhbərlikləri arasında görüş

12.05.2023 16:13 258
Ölkə futbolu
"Qarabağ" və Türkiyənin "Qalatasaray" klubunun rəhbərliyi arasında görüş olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin direktoru Emrah Çelikel şəxsi instaqram hesabında paylaşım edib.

Toplantı İstanbul klubunun ev oyunlarını keçirdiyi "Nef" stadionunda gerçəkləşib.

Qeyd edək ki, "Qalatasaray"ın prezidenti Dursun Özbek komandalar arasında Bakıda təşkil olunmuş yoldaşlıq matçı ərəfəsində "Qarabağ"la qardaş klub olacaqlarını açıqlamışdı.