İlham Əliyevə "Qalatasaray" forması hədiyyə olundu

26.03.2023 23:32 245
Aktual / Ölkə futbolu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qarabağ" - "Qalatasaray" xeyriyyə oyunu (1:2) zamanı stadionda olub.

"Football-plus.az" xəbər verir ki, o, İstanbul klubunun prezidenti Dursun Özbeklə də görüşüb. D.Özbek ölkə başçısına "Qalatasaray"ın imzalı formasını hədiyyə edib.

"10 nömrə"li formanın üzərində Prezidentin ad və soy adı qeyd olunub.