"Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik" - Dursun Özbek

30.03.2023 10:00 235
Aktual
"Ötən həftə sonu Bakıda dostluq oyunu keçirdik. Bu matçla Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik".


"Football-plus.az" xəbər verir ki, bunu Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbek Bakı Olimpiya Stadionunda "Qarabağ"la keçirdikləri xeyriyyə oyunu barədə danışarkən deyib.

Funksioner Azərbaycanda böyük diqqət gördüklərini bildirib:

"Buradan azərbaycanlı qardaşlarıma, dövlət başçısı İlham Əliyevə və "Qarabağ"ın prezidenti Tahir Gözələ salamlarımı göndərirəm. Bizi çox yaxşı qarşıladılar".


Qeyd edək ki, "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan əldə olunmuş bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.