Türkiyə superliqasının 18-ci turunda “Beşiktaş” “Kasımpaşa”nı 2:1 hesabı ilə məğlub etdi.
Football-plus.az xəbər verir ki, Şenol Günəş məşqçi karyerasında 3-cü dəfə bir komandanın başında evdəki ilk 3 çempionat matçından qələbəylə ayrılmış oldu.
Buna qədər o, eyni uğuru “Trabzonspor”da (2004/05, 4 qələbə) və “Boluspor”da (1989/90, 3 qələbə) yaşamışdı.