Mövsümün ən yaxşı məşqçisi seçildi

28.04.2023 19:51 243
Dünya futbolu
İngiltərə çempionatının 2-ci divizionunda mövsüm başa çatmasa da, artıq turnirin ən yaxşı məşqçisi seçilib. Bu nominasiyanın qalibi Vensan Kompani olub.

“Football-plus.az” xəbər verir ki, onun baş məşqçisi olduğu “Bernli” çempionşip adlanan liqada mövsümün sonuna bir neçə tur qalmış premyer-liqaya vəsiqəni təmin edib. 37 yaşlı belçikalı bu komandanı 2022-ci ilin iyunundan çalışdırır. Kompani fərdi mükafat uğrunda mübarizədə Maykl Kerriki (Midlsbro) və Mark Robinsi (Koventri) arxada qoyub.